Gündəm / Cəmiyyət
04 oktyabr 2024
0
Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
