Gündəm / Cəmiyyət
08 oktyabr 2024
0
Xalqımız bunu böyük minnətdarlıqla qarşıladı - Əliyev

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.
“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Daha çox xəbər:

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi
Gündəm / Dünya
Laçına MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər
Gündəm / Mədəniyyət
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Gündəm / Siyasət
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib - YENİLƏNİB
Gündəm / Dünya
Ceyhun Bayramov Düşənbəyə yola düşüb
Siyasət