Gündəm / Cəmiyyət
15 oktyabr 2024
0
Hüquq müdafiəçilərindən Paşinyana cavab: Ermənistan siyasi məhbuslar, diktatura ölkəsidir - ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə tənqidlərə tuş gəlib. O, sələflərinin yolu ilə gedərək yalan və avantürist fikirləri ilə gündəm olub. Belə ki, baş nazirin Ermənistan İstintaq Komitəsinin yaradılmasının 10 illiyi ilə bağlı tədbirdə çıxışı ölkənin siyasi dairələrində, vətəndaş cəmiyyətində ciddi tənqidlərə yol açıb.
Paşinyan iddia edib ki, “bu qurum Ermənistanda ədalətin qurulmasına böyük töhfə verib”. “Mən “ədalətin qurulması” ifadəsini iki əsas səbəbdən qeyd etmək istərdim. Birincisi, bunu siyasi komandanın əsas tələblərindən biri hesab edirəm. İkincisi, qeyd etmək istərdim ki, Ermənistan vətəndaşlarında ədalət hissi mövcuddur”, - baş nazir vurğulayıb.
Onun fikirlərinə ilk reaksiya elə erməni hüquq müdafiəçilərindən gəlib. Hakimiyyətin saxta ittihamlarla həbs etməyə çalışdığı hüquq müdafiəçisi Avetik İşxanyan Nikolun çıxışını faktlarla alt-üst edib. O bildirib: “Baş nazirin sözlərini şərh etmək çətindir, çünki onun heç bir prinsipləri yoxdur. Birincisi, ədalət hissinə malik olmaq nə deməkdir? Ədalət - subyektiv hissdir və hər bir insan üçün fərqli əhəmiyyət kəsb edir. Cinayətkar və qurban üçün müxtəlifdir. Müasir dünyada ədalət haqqında danışmaq mümkündür. Hər bir istənilən ölkədə ədalət hakimiyyət qanadlarının bölgüsü, müstəqil məhkəmə-ədalət sisteminin olması deməkdir. Sual olunur, Ermənistanda hakimiyyətin bölgüsü mexanizmi və müstəqil məhkəmə sistemi mövcuddurmu? Təbii ki, yox!”.
Hüquq-müdafiəçisi ölkədə məhkəmələrin bloklanması, Konstitusiya Məhkəməsinin antikonstitusion şəkildə dağıdılması, hakimiyyətə xoş gəlməyən hakimlərin susdurulması, ittihamların irəli sürülməsini xatırladıb. Bildirib ki, iqtidar məhkəmə sistemini tam şəkildə özünə ram etməyə çalışır.
Yeri gəlmişkən, bu yaxınlarda hakim “Vətəndaş müqaviləsi”nin siyasi elitası tərəfindən hazırlanan plana əsasən, məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə ilə bağlı yeni üsullar üzə çıxıb. Məsələn, məhkəmə hakimiyyətinin təminatlarını qorumaqla məşğul olan Ermənistan Hakimlər İttifaqının fəaliyyətini qanunvericiliklə məhdudlaşdırmağa cəhdlər edilir. Əsas məqsəd isə İttifaqın ləğvi, hakim və məhkəmə sistemini gözdən salmaq, bütün kreslolara hakim partiyanın diktəsi əsasında qərarlar qəbul edən hakimləri oturtmaqdır.
Əslində, uzun müddətdir baş nazirin göstərişi ilə müəyyən postlara hakimlər təyin edilir, qərarların qəbuluna ciddi müdaxilə faktları artıq ortaya çıxır. Məsələn, 12 iyun hadisələri ilə bağlı bir sıra QHT və müxalifət nümayəndəsi polisin aksiya iştirakçılarına qarşı zorakılıq etməsi ilə bağlı yüzlərlə fakt və dəlil ortaya qoysa da, hansısa "sehrli əl"in köməyi ilə bu faktlar gözardı edilir, heç bir hüquq-mühafizə orqanı əməkdaşı məsuliyyətə cəlb edilmir.
Bütün bunların reallaşmasında isə İstintaq Komitəsi əsas cəza vasitəsi rolunu oynayır. Hüquq müdafiəçisi sual edir – İstintaq Komitəsi kimin rəhbərliyi altında fəaliyyət göstərir? Bu komitə birbaşa baş nazir yanında strukturdur və onun tapşırıqlarını yerinə yetirir. Ermənistan heç zaman hüquqi dövlət olmayıb. 2018-ci il inqilabından sonra yalan və feyklər davam edib. Ermənistan çoxsaylı siyasi məhbuslarla dolu və bir ailənin əlində girov olan diktaturadır. Nəhayət, bir ritorik sual – yüksək rütbəli məmur vətəndaşın üzünə tüpürür və cəzasız qalır – bu ədalətlidirmi?
Digər bir məsələ - Paşinyan bəyan edir ki, Ermənistanda saxta ittihamlar institutu ya ləğv edilib, ya da səhnədən silinmək üzrədir.
"Siyasi məhbuslarla bağlı qondarma işlər Paşinyanın fikirlərini alt-üst edir. Misal, 2018-ci ildə sosial şəbəkələrdə baş nazirin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vaneçyan və ovaxtkı Xüsusi İstintaq Komitəsinin direktoru Sasun Xaçatryanla telefon danışığı yayılmışdı. O zaman hər kəs həbslə bağlı dəqiq tapşırıqların gəldiyinin şahidi oldular. Halbuki istənilən hüquqi dövlətdə bu hadisə faş olandan sonra cəmiyyət ayağa qalxıb adları çəkilən yüksək rütbəlinin istefasını tələb edərdi", - hüquq müdafiəçiləri qeyd edirlər.
Onlar ikinci misal kimi Ali Məhkəmə Şurasının keçmiş iki rəhbəri Tuben Vardazaryan və Qaqik Cngiryanın telefon danışığını göstərib. Sonuncu açıq şəkildə sifarişlə cinayət işinin qaldırıldığını açıqlayıb. Sonda bəyan edib ki, heç Stalin dövründə belə indiki sayda siyasi təqib olmayıb.
Hüquq-müdafiəçiləri Paşinyanın dövründə hüquq mühafizə sisteminin “böyük alabəzək ağacdələn”i xatırlatdığını vurğulayıblar.
Beləliklə, Nikol Paşinyanın iddiaları və onun yalanlarını alt-üst edən fikirlər, faktlar onu deməyə əsas verir ki, hakimiyyət məhkəmə və istintaq sistemini tam şəkildə özünə ram etməyə çalışır. Nikol bununla da ölkədə total nəzarəti ələ keçirməyə çalışır. Sözə qulaq asmayan, müstəqil qərar qəbul etməyə çalışan hakimlər ya ləkələnəcək, ya da işdən uzaqlaşdırılacaq.
Məsələnin digər mühüm bir tərəfi Qərb dövlətlərinin, müxtəlif adla fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının baş verənlərə susqunluğudur. Onlar daha çox öz çirkin və mənfəət güdən maraqlarından çıxış edərək Ermənistanı birtərəfli qaydada dəstəkləyirlər. Azərbaycan və Gürcüstan kimi müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır, demokratiya və insan hüquqlarının kobud şəkildə pozulduğu Ermənistan hakimiyyəti isə əksinə, dəstəklənir.(Report)
Daha çox xəbər:
Siyasi ekspert: “Ermənistanda sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur”
DünyaPaşinyan Ermənistanı BUXOVLAYIR... - GƏLİŞMƏ
Gündəm / CəmiyyətPaşinyana alma atdı, axtarışa verildi
Gündəm / SiyasətPaşinyan İlham Əliyevlə görüşündən danışdı
SiyasətPaşinyan rəqiblərini bir-bir həbs edir: SONU NƏ OLACAQ? - TƏHLİL
Dünya