Gündəm / Cəmiyyət
20 noyabr 2024
0
Turizm iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas sahədir - Nazir
Dünya Səyahət və Turizm Şurasının ən son məlumatlarına görə, turizm sektoru qlobal ÜDM-in 10 faizini yaradır və hər 10 nəfərdən biri bu sahədə işləyir. Bir çox inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün turizm həyat mənbəyidir – əhalini gəlir, məşğulluq və xarici valyuta ilə təmin edir.
Bu fikirləri noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev səsləndirib.
O bildirib ki, turizm qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsinə görə məsuliyyət daşımaqla yanaşı, eyni zamanda, iqlim dəyişikliyinin təsirlərinə qarşı da həssas sahədir. Ona görə də bu tədbir turizmin qlobal iqlim gündəminə inteqrasiya edilməsi və onu Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün konkret addımdır.
M.Babayev diqqətə çatdırıb ki, bu gün təqdim ediləcək “Turizmdə İqlim Fəaliyyətinin Gücləndirilməsi üzrə COP29 Bəyannaməsi” turizmin beynəlxalq iqlim strategiyalarına inteqrasiyasını tələb edir.
Daha çox xəbər:
Kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr iqlim maliyyələşməsinin artırılmasını tələb edir
Gündəm / CəmiyyətCOP29-un prezidenti: Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır
Gündəm / SosialCOP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
Gündəm / CəmiyyətBu ölkədə turizm mövsümü açılır
DünyaBu gün Azərbaycanda COP29-a start verilir
Gündəm / Siyasət