Gündəm / Cəmiyyət
22 noyabr 2024
0
Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır

Noyabrın 25-də saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılacaq.
Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 207 reys həyata keçirilib, 36 208 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Daha çox xəbər:

Gələn ay Şuşaya getmək istəyənlərin nəzərinə!
Gündəm / Cəmiyyət
Azad olunmuş ərazilərə getmək istəyənlərin nəzərinə!
Gündəm / Cəmiyyət
Qarabağa getmək istəyənlərin nəzərinə!
Gündəm / Cəmiyyət
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət
Bakı-Şuşa reyslərinin sayı artırıldı
Gündəm / Cəmiyyət