Gündəm / Hadisə
30 dekabr 2021
187
"Bakcell"in əməkdaşı Ağdamda yaralandı
Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ilkin araşdırmalarla "Bakcell MMC"nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Daha çox xəbər:
Ermənilərin Şuşada törətdiyi təxribat nəticəsində 3 hərbçimiz YARALANIB
Gündəm / HadisəFüzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Gündəm / HadisəHikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı
Gündəm / HadisəBakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Gündəm / Hadisə69 yaşlı kişini arvadı boyunbağı ilə öldürübmüş
Hadisə