Gündəm / Siyasət
03 mart 2022
22
Elmira Axundova haradadır?
Son günlər Ukraynada yaşayan azərbaycanlıların təxliyə prosesi daha da sürətlənib.
Xarici İşlər Nazirliyi (XİN), Diaspora Komitəsi və Ukraynada yaşayan diaspora təşkilatları aktiv şəkildə Azərbaycan vətəndaşlarının qonşu ölkələrə - Polşa, Macarıstan, Slovakiya, Moldovaya keçməsinə, oradan isə ölkəyə gətirilməsinə çalışırlar. XİN-in yaydığı ən son məlumata görə, 4000-dən çox azərbaycanlı artıq təxliyə edilib.
Nə qədər qəribə səslənsə də, Ukraynadan təxliyə prosesində ön plana, bu ölkədəki səfirliyimiz yox, Azərbaycanın Moldava və Rumıniyadakı diplomatik nümayəndəlikləri daha fəal görünür. Bütün bu aktivlik fonunda, Azərbaycanın Ukraynadakı səfirliyinin, xüsusi ilə xanım səfir Elmira Axundovanın qəribə səssizliyi, ictimaiyyət önündə olmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İddia olunur ki, xanım səfir Ukraynada vəziyyətin gərginləşməsindən qısa müddət sonra bu ölkəni tərk edib. Ukraynadakı səfirimiz sonuncu dəfə ictimaiyyət önündə fevralın 24-ü görünüb. Belə ki, həmin vaxt səfir İctimai televiziyanın canlı efirində ölkədəki vəziyyəti şərh edib. Fevralın 26-da isə Elmira Axundovanın açıqlaması yerli mediada yayımlanıb.
“Qafqazinfo” olaraq səfir Elmira Axundova və Ukraynadakı səfirliyimizlə əlaqə saxlamağa cəhd etsək də, səylərimiz nəticə vermədi.
Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini davam etdirir. XİN Elmira Axundovanın Kiyevdə olub-olmaması məsələsini şərh etməyib.
Daha çox xəbər:
“Telefonlar blok olunub, vəziyyət gərgindir” - Ukraynadakı səfirimiz
Gündəm / Siyasət200-dən artıq Azərbaycan vətəndaşı Ukraynadan təxliyə üçün müraciət edib - RƏSMİ
Gündəm / CəmiyyətUkraynadan təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatdı - YENİLƏNİB
Gündəm / CəmiyyətRusiyanın hücumu Ukraynada 2 mindən çox insanın həyatına SON QOYDU
Gündəm / Dünya"4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib" - Leyla Abdullayeva
Gündəm / Siyasət