Gündəm / Cəmiyyət
28 aprel 2022
16
Metro tunelində qaçan "TikToker" bacılar sərbəst buraxılıb
Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.
Milliinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
Daha çox xəbər:
Metroda OLAY: Gənc qızlar tunelə düşüb qaçdılar
Gündəm / HadisəAzərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
HadisəVideo-dərs zamanı kameranın açıq olduğunu bilməyən dekan biabır oldu: "Qızların şəkillərini..." - VİDEO
DünyaBakıda azərbaycanlı qızların hind kişilərlə biabırçı görüntüləri yayıldı
GündəmBakıda dərsdən qaçan şagirdin həyatı TƏHLÜKƏDƏ: Məktəbin 2-ci mərtəbəsindən tullandı və... - VİDEO
Hadisə