Gündəm / Cəmiyyət
08 sentyabr 2022
18
Daşkəsəndə ölən 15 yaşlı qızın səs yazısı yayıldı - VİDEO

Bir neçə gün öncə Daşkəsəndə intihar etdiyi deyilən 15 yaşlı Günel Həsənovanın səs yazısı yayılıb.
Milliinfo.az apa tv-yə istinadən xəbər verir ki, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, bəzi məqamlar ortaya çıxıb. G.Həsənovanın valideynləri iddia edir ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə, Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünür.
Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.
Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.
Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək qızın səsinə oxşamır. Həmin səs yazısını sizə təqdim edirik.
Qeyd edək ki, Günel Həsənova babası ilə mövsümlə əlaqədar Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daha çox xəbər:

Xərçəngdən ölən 27 yaşlı qızın məktubu hər kəsi göz yaşına boğdu
Hadisə
15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi- DƏHŞƏT
Hadisə
Yaşlı kişidən iyrənc əməəl: Qonşunun fiziki qüsurlu qızına təcavüz etdi, hamilə buraxdı
Hadisə
Azərbaycanda 16 yaşlı qız İNTİHAR ETDİ
Gündəm / Hadisə
Baş Prokurorluqdan direktorun səs yazısı ilə bağlı AÇIQLAMA
Gündəm / Hadisə