Hadisə / Gündəm
01 mart 2023
0
Rusiyada "qanuni oğru" həbs edildi

Stavropol Ərazi Məhkəməsi 2004-cü ildə Moskvada kriminal avtoritetlərin iclasında "qanuni oğru" statusu almış 48 yaşlı Qaraçay-Çərkəz sakini barəsində hökm çıxarıb.
Milliinfo.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib.
"17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal elementlərə rəhbərlik edib və dəfələrlə kriminal mühitdə maliyyə və digər münaqişələrin həllində iştirak edib", - KİV yazıb.
Bildirilir ki, məhkəmə qanuni oğrunu 100 min rubl cərimə və 1,5 il azadlığın məhdudlaşdırılması ilə ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.

Daha çox xəbər:

Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı
Hadisə
"Qanuni oğru" Türkiyədə GÜLLƏLƏNDİ
Gündəm / Hadisə
Hacı Beyləqanski 19 il müddətinə həbs edildi
Gündəm / Hadisə
Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır?
Hadisə
"Lotu Quli"nin adamı "Qardaşoğlu" ləqəbli kriminal avtoriteti QƏTLƏ YETİRDİ
Gündəm / Hadisə