Hadisə
05 yanvar 2022
95
Azərbaycanda 2 bacı balta ilə qardaşlarına hücum etdilər
Astara rayonunda iki bacı qardaşlarına balta ilə xəsarət yetirib.
Hadisə rayonun Təngərud kəndində qeydə alınıb.
Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə Qənbərova bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.
Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik məlum deyil.
Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)

Daha çox xəbər:

Salyanda yol qəzası - Xəsarət alanlar var
Gündəm
Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI
Gündəm / Hadisə
Bacı 25 ildir qardaşını toyuq hininə zəncirləyib - Azərbaycanda dəhşət
Hadisə
“Valideynləri vəfat edən şəhidlərin bacı-qardaşına ev verilsin”
Gündəm / Dünya
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə