Siyasət / Gündəm
19 iyun 2023
0
"Erməni təxribatlarının arxasında ABŞ dayanır" - Anton Bredix
Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi təxribatlarının arxasında ABŞ dayanır.
Belə bir iddianı açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin irəli sürüb.
Ermənistanın hərbi təxribatlarını pisləyən tanınmış politoloq baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bəyanatının ölkəsində çaxnaşma yaratdığını bildirib.
Anton Bredixin erməni separatçılarının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə təxribatlar törətməsini "Rusiyaya açılan atəş" kimi qiymətləndirib.
“Nikol Paşinyanın Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatı sərhəddə təxribatlara və daxili iğtişaşlara səbəb olmalı idi. Bu da onun nəticəsidir. Belə bir sual ortaya çıxa bilər ki, sülh prosesində olan ölkələr üçün hərbi toqquşmaları kim yaradır? Daha doğrusu, hansı qüvvələr sülhün qarşısını kəsir və təxribatlarda maraqlıdır? Mən bu işdə Paşinyanın və onun ətrafının rolunun olduğunu düşünmürəm. Həm də təkcə “Qarabağ klanı” deyil. Bunun arxasında regiona daxil olmaq, Rusiya hərbçilərini əvəz etmək istəyən ABŞ-ın dayanması, Qarabağla bağlı təhlükəli oyuna başlaması kifayət qədər realdır”, - deyə rusiyalı ekspert vurğulayıb.
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna qarşı təxribatları intensivləşib.
Daha çox xəbər:
Paşinyanın Rusiyaya səfəri başlayıb
Dünya“Sülhməramlıların “fəaliyyəti” antiterror əməliyyatlarına əsas yaradır” - FAKT BUDUR!
Gündəm / SiyasətVaşinqton və Paris niyə İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb eləmir?.. - ƏSAS SUAL BUDUR...
Gündəm / Siyasət"Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək" - Erməni politoloq
Gündəm / DünyaVardanyanın yerinə o gətirilir - Paşinyan razılıq verdi
Gündəm / Dünya