Gündəm / Siyasət
12 avqust 2021
28
“Sülhməramlıların “fəaliyyəti” antiterror əməliyyatlarına əsas yaradır” - FAKT BUDUR!
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Nazirliyin yaydığı rəsmi açıqlama deyilir:
“10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.
Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.
Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır”.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin “Sherg.az”a açıqlamasına görə, Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması birbaşa Ermənistan Müdafiə Nazirliyinin “bütün silahlardan istifadə edəcəyik” bəyanatına cavab xarakteri daşıyır:
“Hazırda 2mühüm problem var: Birincisi, demarkasiya məsələsinin gecikməsi və Paşinyanın başqa yollara əl atması. İkincisi, Qarabağdakı rus sülhməramlılarının nəzarətində olan hissələrdə erməni tərəfinin 10 noyabr razılaşmasından kənara çıxması hallarının olmasıdır. Hər iki halda göstərməyə çalışırlar ki, Azərbaycanla Rusiya arasında yüksək səviyyədə narazılıq və toqquşma var. Bütün proseslər də dövlətlərarası münasibətlərdəki gərginliyin tərkib hissəsi kimi izah edilir. Əslində isə belə deyil. Önəmli məsələ odur ki, Rusiya üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı Paşinyana ciddi təzyiqlər edir, amma bu, reallaşdırılmır. Bəzi ərazilərimizdə erməni postları qoyulub. Amma onlar artıq Azərbaycan ordusunun nəzarəti altındadır, bir əmrlə məhv edilib yer üzündən silinə bilər”.
Ə.Əlibəyli qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında gərginlik, narazılıq yaradacaq nöqtə yoxdur. Hər iki tərəf yüksək səviyyədə razılaşıb:
“Əksinə Ermənistanın fəaliyyəti bütövlükdə nəzərdə tutulan proqramın icrasına imkan vermir. Ona görə də sülhməramlıların "fəaliyyəti" Azərbaycan üçün hüquqi əsas yaradır ki, Qarabağ bölgəsində yaxın zamanlarda antiterror əməliyyatları həyata keçirilsin. Digər tərəfdən sərhəd bölgəsində də erməni qoşunu və ordusu bütün silahlarını ölkəmizə qarşı istifadə edəcəksə, ciddi cəzalandırıla bilərlər. Fikrimcə, yaxın vaxtlarda bu məsələ onunla yekunlaşacaq ki, Paşinyan hakimiyyətini itirəcək. Bununla da sərhədlər və müqavilələrlə bağlı Azərbaycanla Rusiya qərar verib məsələni icra edəcəklər. Beləliklə, Paşinyanın arxasında duran Qərb qüvvələrinin regiona təsirləri sıfırlanacaq”.
Daha çox xəbər:
Ermənilər yeni postlar qoyur, adekvat tədbirlər görülür - Rəsmi
Gündəm / SiyasətŞuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib
GündəmSON DƏQİQƏ! Putin Dağlıq Qarabağla bağlı FƏRMAN İMZALADI
Siyasət / Dünya / SosialAzərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / DünyaAzərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / Siyasət