Gündəm
14 noyabr 2020
46
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib
Milliinfo.az
Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.
Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.
Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilib.
Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk", nazirlikdən bildirilib.

Daha çox xəbər:

Azərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / Dünya
Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib
Gündəm
Cəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib Cəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib
Siyasət
Müddətli hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb
Gündəm / Cəmiyyət / Sosial
Prezidentin köməkçisi: "Xankəndi ətrafındakı hərbi bazalar sıradan çıxarılıb"
Gündəm / Siyasət