Dünya
02 sentyabr 2021
24

Türkiyə xüsusi təyinatlıları 4 terrorçunu məhv etdi

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalındakı “Sülhün mənbəyi” əməliyyat zonasını atəşə tutan PKK terror təşkilatının Suriya qanadının dörd yaraqlısını məhv edib.

Bu barədə Milliinfo.az Tükiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, PKK/YPG yaraqlıları türk hərbçilərinin mövqelərinə hücum etməyə cəhd ediblər, lakin xüsusi təyinatlıların səyləri ilə zərərsizləşdiriliblər.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri regionda sülh və sabitliyin təmin edilməsi üçün tədbirlər görməkdə davam edəcək.