Dünya
15 dekabr 2021
29

Türkiyə ordusu daha iki terrorçunu məhv etdi

Türkiyə ordusu daha iki terrorçunu məhv etdi

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalındakı Qəndil bölgəsində iki PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar siyahısına salıb.

“Anadolu”