Dünya
21 fevral 2022
24

Putinlə Bayden arasında görüş keçiriləcək

Putinlə Bayden arasında görüş keçiriləcək

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib.

Bu barədə Yelisey Sarayı bəyanat yayıb.

Bildirilib ki, hər iki tərəf görüş təklifini qəbul edib: "Makron həmkarları Bayden və Putin arasında Avropada təhlükəsizlik və strateji sabitlik üzrə sammit keçirməyi təklif etdi. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını qəbul etdilər".