Gündəm / Hadisə
08 dekabr 2022
13

Yasamalda eyni gündə iki yeniyetmə məktəbdən çıxıb itkin düşdü

Yasamalda eyni gündə iki yeniyetmə məktəbdən çıxıb itkin düşdü


Bakıda eyni gündə iki şagird itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.

Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı yeniyetmə saat 20 radələrində tapılıb.

Araşdırmalar davam etdirilir.