Gündəm / Cəmiyyət
01 oktyabr 2024
0

Məktəbəhazırlıq qruplarında da dərslər BAŞLADI

Məktəbəhazırlıq qruplarında da dərslər BAŞLADI

Bu gün – oktyabrın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb.

Bu barədə Elmə və Təhsil Nazirliyi məlumat yayıb.

Bu il məktəbəhazırlıq qruplarına 91 minə yaxın uşaq qəbul olunub.

Üzrlü səbəbdən məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.