Gündəm / Dünya
17 yanvar 2023
10

Somalidə terror aktı: Ölən və yaralananlar var

Somalidə terror aktı: Ölən və yaralananlar var

Somalinin mərkəzi bölgəsində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə "Sinxua" məlumat yayıb.

Qeyd olunur ki, kamikadzenin idarə etdiyi bomba yüklü avtomobilin partlaması nəticəsində Somalinin Baladveyne şəhərinin cinayət axtarış şöbəsinin rəhbəri Camal Əhməd Cama ölüb, yaralananların hamısı mülki şəxslərdir.

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terrorçuları öz üzərinə götürüb.