Gündəm / Dünya
27 yanvar 2023
11
Əhmədlidə 8 ədəd qumbara tapıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 3 ədəd F-1, 2 ədəd RQ-5, 2 ədəd RQ-42, 1 ədəd BRM-75 əl qumbarası və 2 ədəd UZRQM olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi](/uploads/posts/2020-07/medium/1593603757_1384941.jpg)
Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi
Gündəm![Bakının mərkəzində qumbara tapıldı](/uploads/posts/2021-10/medium/1635147646_1635146932.ece80e95-b7ff-3f4a-bb3d-970c8f5647c6_850.jpg)
Bakının mərkəzində qumbara tapıldı
Dünya![Samur-Abşeron kanalında tank və top mərmiləri tapıldı - VİDEO](https://www.xeberler.org/uploads/posts/2022-01/medium/1642837029_1642836775.7f07bfdd-7d88-35c9-ac29-c8cdf724f675_850.jpg)
Samur-Abşeron kanalında tank və top mərmiləri tapıldı - VİDEO
Gündəm / Hadisə![Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-08/1661436226_1661429341_0e6e75644b1a0568f762c3e375fefb47.jpg)
Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB
Gündəm / Hadisə![Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-08/1661864091_1661855970_457153.jpg)
Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət