Gündəm / Siyasət
22 noyabr 2023
0

İlham Əliyev açılışa qatıldı - Fotolar

İlham Əliyev açılışa qatıldı - Fotolar


Prezident İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.