Gündəm / Hadisə
23 noyabr 2023
1

Zabux kəndinə sakinlərin qayıdışı davam edir


Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (93 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.