Gündəm / Cəmiyyət
01 oktyabr 2024
0

Qubada "QAZel" dərəyə aşdı: sürücü yaralandı


Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

"QAZel" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.