Gündəm / Dünya
04 yanvar 2024
0

“SpaceX”in raketi İsveç peykini orbitə çıxarıb

“SpaceX”in raketi İsveç peykini orbitə çıxarıb

ABŞ-nin “SpaceX” şirkətinin “Falcon 9” raketi İsveçin genişzolaqlı peyki olan “Ovzon-3”ü orbitə çıxarıb.

Bu barədə “Falcon 9”u istehsal edən şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

“Çəkisi 1,5 ton olan “Ovzon-3” peykinin orbitə çıxarılması təsdiqlənib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatında yerləşən bazasında həyata keçirilib.