Gündəm / Dünya
30 yanvar 2024
0

Pakistanın cənub-qərbində partlayış baş verib: Ölən və yaralananlar var


Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Sibi şəhərində bomba partlayıb.

Bu barədə yerli polisə məlumat verilib.

Hadisə nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, onların əksəriyyətinin vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər.

Əyalətin səhiyyə naziri hadisə ilə əlaqədar Sibi və qonşu Kvetta şəhərinin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.(TASS)