Gündəm / Dünya
16 fevral 2024
0

Tehranda güclü partlayışlar oldu



Fevralın 16-a keçən gecə Tehranın cənub-qərbində yerləşən Qala Həsən xan bölgəsində bir neçə güclü partlayış olub.

Bu barədə “İnsaf nyus” məlumat yayıb.

Hadisə barədə video və fotolar yayan saytın məlumatında bildirilib ki, partlayışlar əhəmiyyətli zavodların və bir hərbi bazanın yerləşdiyi bölgədə baş verib.

Partlayışın səbəbi, zərər və tələfat barədə rəsmilər açıqlama verməyib.