Gündəm / Dünya
26 mart 2024
0

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü


Pakistanda kamikadze hücumunda 5 Çin vətəndaşı həlak olub.

Bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Pakistanın şimal-qərbində baş verən hadisədə kamikadze, partlayıcı ilə yüklü olan avtomobili çinli mühəndislərin karvanına çırpıb.

Nəticədə 5 Çin vətəndaşı həlak olub.