Gündəm / Cəmiyyət
29 aprel 2024
1

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib



Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Lüksemburqun Böyük Hersoqu Anriyə dəvət məktubunu təqdim edib.

Bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Səfir qeyd edib ki, o, Prezident İlham Əliyevin Böyük Hersoq Anriyə noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirinə dəvət məktubunu Böyük Hersoqunun müşaviri Mark Baltesə təqdim edib.