Gündəm / Mədəniyyət
25 may 2024
0
27 ildən sonra Diana ilə bağlı ən böyük hərrac
Böyük Britaniyanın mərhum şahzadəsi Diananın paltarları ABŞ-də hərraca çıxarılacaq.
Ölümündən 27 il keçən şəhzadənin geyimləri üçün təşkil olunan bu mərasim 1997-ci ildən bəri baş tutan ən böyük hərrac olacaq.
Hərrac iyunun 27-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Belə ki, burada şahzadə Diana ilə yanaşı digər kral ailəsi üzvlərinə məxsus 150-dən çox əşya satışa çıxarılacaq.
Satılacaq ən diqqətçəkən əşyalardan biri də Şahzadə Diananın 1986-cı ildə “Phantom of the Opera” müziklinin qalasına geyindiyi paltardır. Onun 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.
Məlumata görə, bu, Diananın 1997-ci ildəki öz hərracından sonra ən böyüyü kimi tarixə düşəcək.
Daha əvvəl görünməyən ayaqqabı, çanta və papaq kimi əşyalar da tarixi hərracın bir hissəsi olacaq.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![III Karl rəsmən Böyük Britaniyanın Kralı elan edildi](http://azadmedia.az/uploads/posts/2022-09/1662802519_ss.jpg)
III Karl rəsmən Böyük Britaniyanın Kralı elan edildi
Gündəm / Şou![Qubada ilk dəfə 2 yataq hərraca çıxarılır](http://azadmedia.az/uploads/posts/2022-06/1655269289_quba.jpg)
Qubada ilk dəfə 2 yataq hərraca çıxarılır
Gündəm / İqtisadiyyat![Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılır](https://www.xeberler.org/uploads/posts/2022-01/medium/1642227324_herrac.jpg)
Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılır
Gündəm / İqtisadiyyat![55 dövlət əmlakı hərraca çıxarılacaq](https://www.xeberler.org/uploads/posts/2022-08/medium/1659967208_1659966122.4048962.jpg)
55 dövlət əmlakı hərraca çıxarılacaq
Gündəm / Cəmiyyət![Bakıda zavod hərraca çıxarılır - 16 milyon manata](http://azadmedia.az/uploads/posts/2022-07/1659013887_1659012261_res2.jpg)
Bakıda zavod hərraca çıxarılır - 16 milyon manata
Gündəm / İqtisadiyyat