Gündəm / Cəmiyyət
06 iyun 2024
0

9 aydır axtarışda olan qadın tapıldı


İyunun 5-də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü il sentyabrın 15-dən Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı qadın, aprelin 25-dən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, aprelin 27-dən Kürdəmir rayonu ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 28 yaşlı qadın, mayın 15-dən Abşeron rayonunun Novxanı kəndi ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Bundan başqa, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı kişi, mayın 28-dən Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız, mayın 31-dən Şabran rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 22 yaşlı qadın və iyunun 3-dən Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.