Gündəm / Mədəniyyət
12 iyun 2024
0

Tanınmış müğənni vəfat edib

Tanınmış müğənni vəfat edib

Məşhur fransız müğənni Fransuaza Hardi vəfat edib.

Ardinin ölümünü onun oğlu, musiqiçi Tomas Dutronk elan edib.

Sənətçinin 80 yaşı var idi. 2004-cü ildə ona limfoma diaqnozu qoyulub. Sonradan xəstəlik qırtlaq xərçənginə çevrilib. 2024-cü ilin mart ayında Ardi bir daha oxuya bilməyəcəyini açıqlayıb.

Fransuaza Hardi musiqi karyerasına 17 yaşında başlayıb. 1960-cı illərin moda ikonası hesab olunurdu. Ardi "Paco Rabanne", "Yves Saint Laurent", "André Courrèges" moda evlərinin siması idi.

Müğənni karyerası ərzində onlarla albom buraxıb. Sonuncusu 2018-ci ildə çıxmışdı.