Gündəm / Dünya
13 iyun 2024
0

İranın dörd əyalətində meşə yanır

İranın dörd əyalətində meşə yanır

İranın dörd əyalətinə meşə yanğınını söndürmək üçün beş helikopter və bir su səpən “İl” təyyarəsi göndərilib.

Bu barədə İran fövqəladə hallar qurumunun nümayəndəsi Hüseyn Zəfəri bildirib.

Onun sözlərinə görə, Xuzestan, İlam, Kermanşah və Lorestan əyalətlərində meşə yanğınlarının havadan və qurudan söndürülməsi üçün texnika və canlı qüvvə cəlb edilib.