Gündəm / Dünya
13 iyun 2024
0

Belarus İrəvandakı səfirini geri çağırdı


Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:

“Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvandan olan səfirimiz də Minskə gələcək”.

O vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.

Qeyd edək ki, daha əvvəl Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.