Gündəm / Dünya
13 iyun 2024
0
Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan
![Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan](https://azadmedia.az/uploads/posts/2024-06/1718292929_erdogan-teshekkur.jpg)
Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.
“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri İspaniyanın Fələstini tanınmaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: