Gündəm / Cəmiyyət
10 iyul 2024
0

Türk ölkəsi İranda terminal inşa edə bilər


 
Qazaxıstan İran limanında terminal tikintisi ilə maraqlanır.

İran gəmiçilik şirkəti “Golden Line” Qazaxıstana Bəndər-Abbas limanında terminal tikintisində əməkdaşlıq təklif edib. Təklifə əsasən, Qazaxıstan üçün obyektə 30 hektar ərazi ayrıla bilər.

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, terminalın tikintisində investisiyaların iqtisadi səmərəliliyinin, eləcə də zəmanətli yükdaşıma həcmlərinin mövcudluğunun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

“Ümumiyyətlə, İran, Hindistan və Körfəz ölkələri bazarlarına çıxışı təmin edən “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkəmiz üçün perspektivlidir”, deyə nazirlik əlavə edib.