Gündəm / Cəmiyyət
29 oktyabr 2024
0
İndi dairəvi yolda vəziyyət necədir?
Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.
Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.
Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev müraciətimizə cavab olaraq bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.(Report)
Daha çox xəbər:
Lökbatanda su basan yolda 10 km tıxac yaranıb -VİDEO - YENİLƏNİB
Gündəm / VideoYollarda vəziyyət belədir - Sürücülərin nəzərinə
Gündəm / CəmiyyətBakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB
Gündəm / CəmiyyətBu yolda hərəkət məhdudlaşdırılacaq
Gündəm / ŞouBakıda bu yolda hərəkət məhdudlaşdırılır
Cəmiyyət