Gündəm / Hadisə
29 yanvar 2022
28
Cəlilabadın sabiq icra başçısının məhkəməsində 15 şahid dindirildi
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər ifadə verib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 15 şahid dindirilib.
Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.
Daha çox xəbər:
Cəlilabadın sabiq icra başçısının məhkəməsinin harada olacağı AÇIQLANDI
Gündəm / CəmiyyətNeftçalanın sabiq icra başçısının məhkəməsi keçirildi
Gündəm / CəmiyyətNeftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi - MƏHKƏMƏ
Gündəm / CəmiyyətHəbsdə olan Vüqar Səfərlidən XƏBƏR VAR
Gündəm / Cəmiyyətİcra şöbəsinin sabiq əməkdaşı 40 min manatdan çox pul mənimsəyib
Gündəm / Hadisə