Gündəm / Hadisə
19 fevral 2022
30

Azərbaycanda kişi tanışı tərəfindən GÜLLƏLƏNDİ

Azərbaycanda kişi tanışı tərəfindən GÜLLƏLƏNDİ

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.