Gündəm / Sosial
18 avqust 2022
18

"WhatsApp"da bu da mümkün olacaq

"WhatsApp"da bu da mümkün olacaq


“WhatsApp” növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Artıq istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün isə ismarış silindikdən sonra sizə cəmi bir neçə saniyə vaxt veriləcək.

Hazırda sözügedən funksiya "WhatsApp"ın beta versiyasında peyda olub. Yeniliyin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı isə hələlik məlum deyil.