Gündəm / Siyasət
22 avqust 2022
5 222
Prezident: “19 idman növündə medallar qazanmağımız ölkəmizdə idmanın uğurla inkişaf etdiyini göstərir”
“Bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir”.
Bunu Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında deyib.
“Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib”, - deyə dövlət başçısı vurğulayıb.
Daha çox xəbər:
İlham Əliyev Konyadan Vətənə böyük qələbə ilə qaydan idmançılarımızı təbrik edib
Gündəm / Siyasət“Bu qələbə digər idman növləri üçün gözəl nümunədir” - Prezident
Gündəm / SiyasətOlimpiyada oyunlarında medal üstünlüyü bu ölkənin əlindədir - STATİSTİKA
İdmanAzərbaycan Tokio-2020-də 10-cu qızıl medalını qazandı
İdmanİdmançımız DÇ-də qızıl medal qazandı
İdman