Gündəm / Hadisə
27 sentyabr 2022
14

Baş həkim intihara cəhd edib? - DİN-dən AÇIQLAMA

Baş həkim intihara cəhd edib? - DİN-dən AÇIQLAMA


Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin intihara cəhd etməsi barədə məlumatlar yayılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”.

"Unikal"