Hadisə
30 avqust 2023
0

“Sədərəy”də faciəvi hadisə, ölən var

“Sədərəy”də faciəvi hadisə, ölən var


“Sədərək” ticarət mərkəzinin ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Naməlum avtomobil Süleymanov Samir Qabil oğlunu vurub. Ağır xəsarət alan şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.