İqtisadiyyat
14 may 2020
70

Azərbaycan-nefti-bahalashib

Milliinfo.az

Azərbaycan nefti bahalaşıb


Azərbaycan-nefti-bahalashib


Hazırda "Azeri Light" markalı neft həm Rusiyanın “URALS” markalı neftindən, həm də "Brent Dated"dən bahadır.



CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 31,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Narahatlıq qayıdır. Neft qiymətləri yenə düşür
Bu barədə Sputnik Azərbaycan-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 30,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel çoxdur.



Read more: https://sputnik.az/economy/20200514/423928359/azerbaycan-nefti-bahalashib.html