Sosial
15 mart 2024
0
Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilsin! - Komitə sədri
Pensiyaçılara ildə iki dəfə bayram münasibəti ilə əlavə müavinətin verilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.
Deputat həmçinin, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsi təklif edib.
Daha çox xəbər:
Gələn il pensiyalar nə qədər artacaq? - RƏSMİ CAVAB - VİDEO
Gündəm / SosialRegionlarda iş yerləri açılsın - Komitə sədrindən çağırış
Gündəm / Cəmiyyət"Tək pensiyaçılara deyil, digər vəfat edənlərə də dəfn pulu verilsin! - TƏKLİF
Gündəm / Cəmiyyət“Orta aylıq əmək haqqı 900 manata çatacaq”
Gündəm / CəmiyyətAzərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edəcək
Gündəm / Siyasət