---
03 iyul 2021
101
Sürücülərin nəzərinə: “Texpasport”la bağlı yenilik
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib.
Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.az-a açıqlamasında artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsinin təqdim olunduğunu bidirib:
“Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.
Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur”.
“Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır”, - deyə N.Piriyev qeyd edib.

Daha çox xəbər:

Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodu veriləcək
Gündəm / Cəmiyyət
Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır
Gündəm / Cəmiyyət / Təhsil
Yol polisi sürücülərə müraciət etdi
Gündəm / Cəmiyyət
Bayram günlərində avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət
Sürücülər belə icazə alacaq - 8103-də YENİLİK
Cəmiyyət / Sosial