---
04 may 2019
44
Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var -

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.
BEŞ.AZ xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü xəsarət alıb.
Məlumata görə, "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Z.Muradlının vəziyyətinin ağır olduğu bildirilir.

Daha çox xəbər: