---
01 yanvar 2022
17
Generaldan hərbçilərin təltif edilməsi ilə bağlı AÇIQLAMA
“Vətən müharibəsində aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”.
Bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Vətən müharibəsində zəfər işğalı sonlandırıb, torpaqlarımız işğaldan azad edilib: “Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır”.
Müharibədə qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir: “Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”.
Daha çox xəbər:
Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür
Gündəm / Cəmiyyətİlham Əliyev generalı TƏLTİF ETDİ
Gündəm / SiyasətVətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI
Gündəm / ŞouGeneral-polkovnik Kərim Vəliyev komandolarla görüşdü
Gündəm / SiyasətKəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür
Gündəm / Siyasət