---
20 iyun 2022
9
Bakıda restoranın hasarı bu görüntüyə görə söküldü - VİDEO

Sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.



Daha çox xəbər:

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gündəm / Hadisə
Bakıda hündürmətəbəli binada YANĞIN
Hadisə
Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub
Cəmiyyət
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Hadisə
Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi
Gündəm