Cəmiyyət
15 may 2019
92
Azyaşlılara siqaret satanlara qarşı reyd - 6 mağaza aşkar edildi

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Beş.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 6 mağaza aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib və xəbərdarlıq edilib.
Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq ölkənin bütün bölgələrində bundan sonra da davam etdiriləcək.
Məlumat üçün bildirək ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı, həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır

Daha çox xəbər:

Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
Gündəm
Bakıda narkotik satan “doktor” saxlanıldı - FOTO
Hadisə
Bakıda əməliyyat! "Səbiş" ləqəbli narkotik satan qız tutuldu
Hadisə
Sumqayıtda gül adıyla çətənə əkən şəxs saxlanılıb
Hadisə
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Hadisə